22 aprel 2024 17:49
513

Bir konsert 60 minə başa gəlir - Yaşar Yusub solo konsert verəcək

“Heç vaxt böyük konsert salonlarında konsert eləməmişik. Hətta keçən yay Yaşıl teatrda konsert verməyi planlamışdıq. Təşkilati məsələlərdə problem yarandı. Gördüyüm iş yaxşı olmalıdır. Ya da olmamalıdır heç. Orta bir şey istəmirəm. Millət gəlsin, oxuyaq, danışaq yox. Səhnəsi, işığı, komandası gözəl olmalıdır. Təbii ki, bu işin maddi tərəfi də var. 1 günlük konsert xərcini hesablamışıq, 50-60 min civarı olur.

“İki sahil” xəbər verir ki, bu sözləri müğənni Yaşar Yusub MTV-də yayımlanan "Düzünə qalsa" proqramında deyib.

O, sponsor dəstəyi gözləmədiyini deyib: "Dəstək olsa, gözəldir amma bütün xərcləri öz üzərimə ala bilərəm. Mən bunu edə bilərəm. Gücüm çatır buna. Yəqin qismət olmayıb. Açıq etiraf edim ki, biz də boşluğa yol vermişik. Düzdür, öz səhlənkarlığım da olub amma Allahın izni ilə yaxın 1 ildə gerçək edəcəm”.