22 aprel 2024 09:27
513

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olacaq.

“İki sahil” xəbər verir ki, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.