21 aprel 2024 20:54
437

“Araz-Naxçıvan” “Səbail”ə uduzdu

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Araz-Naxçıvan” “Səbail”i qəbul edib.

“İki sahil” xəbər verir ki, hesabı Aleksandr Ramalinqom açıb. “Səbail”in futbolçusu 33-cü dəqiqədə penaltidən fərqlənib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev qonaqların üstünlüyünü iki topa çatdırıb.

Misli Premyer Liqası,

31-ci tur

21 aprel (bazar)

19:00. “Araz-Naxçıvan” 0–2 “Səbail”

Qollar: Aleksandr Ramalinqom, 33-pen. (0-1), Yusif Nəbiyev, 75 (0-2)

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

“Liv Bona Dea Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”