2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb. Heykəlin parçası "EgyptAir"in xüsusi reysi ilə çatdırılıb.
Bundan əvvəl ötən ay Misir-ABŞ birgə arxeoloji missiyası Misirin Minya şəhərinin cənubunda aparılan qazıntılar zamanı firon II Ramzesin nəhəng heykəlinin yuxarı hissəsini aşkar edib. Böyük Ramzes kimi də tanınan Misirin on doqquzuncu sülaləsinin üçüncü fironu eramızdan əvvəl 1279-1213-cü illərdə hökmranlıq edib. Heykəlin bütöv ölçüsü onun onilliklər əvvəl qazılmış alt hissəsi ilə birləşdikdə, təxminən 7 metrə çatacaq.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib