Misli Premyer Liqasının 31-ci turu çərçivəsində "Kəpəz" "Sabah"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, yarışın 12-ci dəqiqəsində qonaqların heyətində Kahim Parris hesabı açıb. 34-cü dəqiqədə isə İshak Belfodil fərqi iki topa yüksəldib.
Oyunun 61-ci dəqiqəsində Olavale Onanuqaburaxılan qollardan birinin əvəzini çıxsa da bundan artığına gücü çatmayıb.
Misli Premyer Liqası,
31-ci tur
21 aprel (bazar)
16:30. “Kəpəz” 1–2“ Sabah”
Qollar: Kahim Parris, 12 (0-1) , İshak Belfodil, 34 (0-2), Olavale Onanuqa, 61 (1-2)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”