20 aprel 2024 13:26
550

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.