Son illərdə cənab İlham Əliyevin hər regiona səfəri zaanı orada etdiyi açılışlar və təməl qoyma işləri artıq ənənə halını alıb. Bu da onu göstərir ki, bölgələrimizin inkişafı cənab Prezidentin daim diqqət mərkəzindədir.
Respublikamızda növbəti yenilik 2024cü ilin aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması oldu. Qeyd etmək lazımdır ki, hələ 1958-ci ildə istifadəyə verilən və ölkəmizin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən bir çox bölgələrinin-Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının bütövlükdə 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.Artıq 65 ildən artıqdır ki,kanal fasiləsiz istismar edildiyindən illik su itkiləri kəskin artır ,nəticədə qurğular qəzalı vəziyyətə düşərək funksiyalarını itirir və həmin ərazidə mövcud əkin sahələrinin suvarma suyu ilə təminatında çatışmazlıqlar yaranır. Bu vəziyyət isə bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Aprelin 16-da təməlqoyma mərasimində çıxış edən dövlət başçımız üç ildən sonra, 2027-ci ilin sonuna qədər Şirvan kanalının tam şəkildə açılışının keçiriləcəyini əminliklə bildirib. Qeyd edilib ki, Şirvan kanalın istifadəyə verilməsindən sonra ərazidə əkin sahələri iki dəfədən çox artırılacaqdır.
Prezident İlham Əliyev öz çıxışında bildirib ki, “İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.
30 ildən çoxdur ki,Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğalı ilə təkcə bizim torpaqlarımız yox, həm də su resursları da uzun müddət işğal altında olub. Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı ilə qələbə ilə bitirdiyimiz Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində isə Azərbaycan qədim torpaqları ilə yanaşı öz su mənbələrinə də tam sahib oldu. Düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi böyük sürətlə quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı da geniş vüsət almışdır. Yaxın gələcəkdə o torpaqlarda həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Azərbaycanın ən gözəl yerlərindən biri olan Qarabağ və Şərqi Zəngəzur inkişaf edəcək və Prezidentin rəhbərliyi altında biz - dövlət və cəmiyyət olaraq mümkün qədər ən qısa müddətdə Azərbaycanımızı cənnətə çevirərək vətənimizin növbəti uğurlarının şahidi olacağıq.
Şəlalə Əliyeva,
Bakı şəhəri, Xətai rayonu, 138 saylı məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü