Misli Premyer Liqasının 30-cu turu çərçivəsində "Qarabağ" "Sabah"ın qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində Leandro Andrade hesabı açsa da 17-ci dəqiqədə Amin Seydiyev bərabərlik qolunu vurub. 38-ci dəqiqədə isə Cesse Sekidika bakılıların ikinci qolunu vurub. 56-cı dəqiqədə fərqlənən Tellur Mütəllimov "Sabah"ın üstünlüyünü iki topa yüksəltdi. 77-ci dəqiqədə isə Nəriman Axundzadə fərqi minimuma endirib – 3-2.
Misli Premyer Liqası,
30-cu tur
14 aprel (bazar)
19:00. "Sabah" 3–2 "Qarabağ"
Qollar: Leandro Andrade, 7 (0:1), Amin Seydiyev, 17 (1:1), Cesse Sekidika, 39 (2:1), Tellur Mütəllimov, 57 (3:1), Nəriman Axundzadə, 77 (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
"Bank Respublika Arena
"Məhərrəm Ağalaroğlu, “İki sahil”