14 aprel 2024 18:30
391

"Səbail" - "Kəpəz" oyununda 6 qol

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində "Səbail" "Kəpəz"i qəbul edib.

“İki sahil” xəbər verir ki, ​oyunun 25-ci dəqiqəsində Elmir Tağıyev hesabı açıb. 29-cu dəqiqədə isə Latir Fal qonaqların üstünlüyünü iki topa yüksəldib.

49-cu dəqiqədə Pedro Nunonun fərqi minimuma endirdiyi yarışın 53-cü dəqiqəsində Aleksandr Ramalinqom hesabda bərabərliyi təmin edib.

Matçın 73-cü dəqiqəsində Rüfət Abdullazadə yenidən meydan sahiblərini hesabda önə çıxarsa da 90+6-cı dəqiqədə Mate Kvirkviya yenidən hesabı bərabərləşdirib – 3-3.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

30-cu tur

14 aprel (bazar)

16:30."Səbail" 3–3 "Kəpəz"

Qollar: Elmir Tağıyev, 25 (0:1), Latir Fal, 29 (0:2), Pedro Nuno, 49 (1:2), Aleksandr Ramalinqom, 53 (2:2), Rüfət Abdullazadə, 73 (3:2), Mate Kvirkviya, 90+6 (3:3)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

"ASCO Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”