14 aprel 2024 03:11
304

Britaniya MN: Yaxın Şərqdəki HHQ-nin qırıcıları İran PUA-larını vuracaq

Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki döyüş təyyarələri İran tərəfindən buraxılan pilotsuz təyyarələri və raketləri vuracaq.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Britaniya İranın İsrailə hücumuna cavab olaraq Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə aid əlavə qırıcılar yerləşdirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”