11 aprel 2024 19:49
442

Silahlı çoban ərazimizdə doğrudanmı keçi axtarırdı?

Ancaq  sərhədçilərimizə atəş açılması bu faktı təsdiq etmir

Bu günlərdə Ermənstanla  şərti sərhəddə silahlı insident  baş verib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti  şərti sərhədlərdə törədilən təxribat və ya baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Bu barədə erməni mediasının məlumatında deyilir ki, hadisə Ermənistan-Azərbaycan sərhədinin Xndzoresk hissəsində baş verib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, guya qoyun otaran erməni çoban itmiş sürüsünü axtararkən təsadüfən azaraq Azərbaycan ərazisinə keçib. “Hər iki tərəfdən sərhədçilər atəş açıb, insident nəticəsində Azərbaycan tərəfdən bir nəfər yaralanıb. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları azərbaycanlı həmkarları ilə birgə təhqiqata hazırdır, lakin onlar da öz araşdırmalarını aparırlar və nəticələri əlavə olaraq bildiriləcək”,- məlumatda deyilir. Əlavə olunub ki, Azərbaycan tərəfi sürünü qaytarıb, müəmmalı çoban da Ermənistan ərazisindədir.

Qeyd edək ki, təxribat nəticəsində  sərhədçi zabitimiz yaralanıb. Maraqlı orasıdır ki, çoban adlandırdıqları o şəxs sürüsünü silahla otarırmış və guya bilmədən yolunu azaraq Azərbaycan tərəfə keçib. Ancaq görünən o ki, “yolunu azan”  təkcə o çoban deyil, Ermənistanın rəhbərləri və yüksək çinli məmurları da öz yollarını çoxdan azıblar. Yollarını azan bütün haylar nədənsə həmişə Azərbaycan torpaqlarına varid olurlar. Bunu keçən iki yüz ildə başıpozuq hayların dünyanın hər yerindən köçüb ərazilərimizdə yuva salmaları da açıq sübut edir. İndi onlar azıb çox yerlərə gedə bilərlər. Axı, qonşuluqlarında Gürcüstan, Türkiyə və İran da var. Belə çıxır ki, bütün azğın haylar  yalnız bizim torpaqlarımıza toplaşıblar. Ancaq Rusiya çarlarının, Sovet  hökumətinin təzyiqləri ilə bizdən alınıb bu nankorlara bağışlanan ərazilər haylara azlıq edir. Lakin 2020-ci ildə onların “yeni müharibə, yeni ərazilər” arzularına son qoyuldu. İndi çoban-çoluq çabalamaları göstərirlər və bununla heç nəyə nail ola bilməzlər. Gələcəkləri varsa, görəcəkləri də var.

Vəli İlyasov, “İki sahil”