06 aprel 2024 15:53
594

Əlaqələrdə açılacaq yeni səhifələr

Azərbaycan Respublikası iştirak etdiyi regional və beynəlxalq təşkilatlarda daim fəallığı ilə seçilir. Dünyanın aparıcı təşkilatlarında təmsil olunan ölkəmizin rəhbər tutduğu əsas prinsip qarşılıqlı əlaqalərin inkişafı və beynəlxalq institutların işlərinə yaxından töhfə verməkdir. BMT və Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlardakı fəaliyyətimiz bunu bir daha sübut edir. Xüsusilə Qoşulmama Hərəkatındakı fəallığımız bu təşkilata üzv olan dövlətlər tərəfindən çox müsbət qarşılanır. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etmişdir. Hətta üzv ölkələrin xahişi ilə Azərbaycanın sədrlik müddəti daha bir ildə uzadılmışdı.

Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri içərisində neokolonializmə qarşı mübarizə məsələləri ön planda durmuşdur. Ölkəmizin xarici siyasətində bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdırvə bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Respublikasının sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Konqo Respublikasıdır. Dövlət başçımız Cənab İlham Əliyevin 4 aprel 2024-cü il tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda iki ölkənin gələcək əməkdaşlıq perspektivlərinə dair vacib məqamlar yer almışdı. Qeyd edilən tarixdə Azərbaycan Respublikası ilə Konqo Respublikası arasında bir çox vacib sahələri əhatə edən sənədlər imzalandı. “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”; “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” və digər imzalanmış sənədlər ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifələr açacaq.

Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrılıqda dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmağa daim maraq göstərir. Bütün bunlar isə öz növbəsində həm dünyada, həm də regionda mühüm sabitlik amilidir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dünyada sabitliyə və davamlı sülhə öz əvəzsiz töhfələrini verir.

Nigar Qocayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi