06 aprel 2024 01:57
410

İtaliya haqqın, ədalətin yanındadır

Azərbaycan Avropanın aparıcı dövlətlərindənbiri olan İtaliya ilə əlaqələrini həmişə xoş münasibətlər üzərində qurub. Hələ Səfəvilərin hökmdarlıq etdikləri illərdə iki dövlət arasında əlaqələr təşəkkül tapmışdı. Keçən əsrin əvvəllərində və ortalarında Azərbaycanın bir sıra istedadlı musiqiçilərinin Milanda, La-Skalada, Romada yüksək peşəkar səviyyəyə qaldırılmasında  İtaliya mədəniyyət xadimlərinin misilsiz rolu olub. Bütün dünyada tanınan müğənnilərimiz, görkəmli vokalçılarımız-SSRİ Xalq artistləri Şövkət Məmmədova, Bülbül, Azərbaycanın Xalq artisti Azər Zeynalov, şöhrətli İfaçı Eldar Əliyev  və bir çox başqaları zəngin italyan musiqi məbədlərinin yetişdirmələri olublar. Azərbaycan müstəqilliyini bərpa edəndən bir neçə ay sonra, 1992-ci ilin may ayında Azərbaycanla İtaliya arasında diplomatik əlaqələr qurulub. Qərbin ən qədim dövlətlərindən biri olan İtaliyanın tanınmış şirkətləri iri neft və qaz layihələrinin reallaşdırılmasında Azərbaycanla əməkdaşlıq edib və hazırda da bu xoşməramlı missiyanı davam etdirir.

Yaddan çıxarmaq olmaz ki, Avropaya TANAP və TAP qaz kəmərlərinin çəkilməsi zamanı bəzi ölkələr Azərbaycana təzyiq göstərməyə, işləri  əngəlləməyə çalışanda, müxtəlif əsassız iddialar irəli sürəndə İtaliya Azərbaycanın yanında yer aldı və dəstəyini nümayiş etdirdi. Bundan başqa ölkələrimiz arasında ticari və mədəni əlaqələr də yüksələn xətlə iinkişaf etdirildi.  Ancaq bu dəstək yalnız adlarını çəkdiyimiz sferalarla məhdudlaşmadı. Siyasi sahədə də əməkdaşlıq inkişaf etdirildi. Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev bu ölkəyə səfərlər etdilər, eyni zamanda, İtaliyanın dövlət və hökumət başçıları Azərbaycana səfərə gəldilər. Son vaxtlar İtaliya hökuməti Azərbaycana siyasi dəstək verməkdə, haqq işimizi müdafiə etməkdədir. Elə bu günlərdə İtaliya rəsmiləri  Fransanın Cənubi Qafqazla bağlı qızışdırıcı siyasətindən narazılığnı rəsmi surətdə bildiriblər.

Dost ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını kəskin tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması üçün göstərilən səyləri pozmamalıdır.

Bu barədə İtaliyanın "Giornale Diplomatico" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, fransalı nazirin ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edən Edmondo Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa digər qurumların nümayəndələrinin düşünülməmiş hər hansı bəyanatı Cənubi Qafqaz regionunda səngiməmiş gərginliyi daha da artıra bilər. Proseslərin çətin gedişində belə mənfi rəylər və əsassız iddialar qətiyyən sulhə və sabitliyə xidmət etmir.

İtalyan nazir müavininin qənaətinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Nazir müavini bildirib ki, Fransa Respublikasının Avropa və xarici işlər naziri ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın xarici işlər naziri Sejurnenin sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı.

Göründüyü kimi, Fransanın təxribatçı mövqeyinin məhz İtaliya tərəfindən belə açıq tənqid edilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu, ilk növbədə ona dəlalət edir ki, Azərbaycanın nüfuzlu, dünyada söz sahibi olan tərəfdaşlarının sayı getdikcə artmaqdadır. Bu isə bədxahlarımızı daha da əsəbiləşdirir, düşüncəsiz hərəkətlər edib axmaq və istehza doğuran fikirlər söyləməklə dünyada özlərini yararsız siyasətçi kimi ifşa edirlər. El misalımızda deyildiyi kimi, “Dostunu mənə göstər, sənin kim olduğunu deyim.” Təbii ki, dünyanın ən rəzil milləti olan hayların dostu elə Fransa kimi də olmalıdır.  "Cüt bacılar" eyni yuvanın "quşlarıdır". Görək onlar birlikdə daha hansı "qazanları" qaynadacaqlar?

Vəli İlyasov, “İki sahil”