03 aprel 2024 11:32
484

Ronaldodan ardıcıl 2-ci het-trik

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda səfərdə "Əbha" ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, matç qonaq komandanın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano Ronaldo sözügedən görüşdə het-trik edib, eyni zamanda qol ötürməsi verib. Ronaldo bundan əvvəlki turda "Əl-Tai" ilə görüşdə də 3 qol vurmuşdu.

"Abha" - "Əl-Nəsr" - 0:8
Qollar: Ronaldo, 11, 21, 42, Mane, 33, Al-Sulayhim, 44, Qarib, 51, Al-Elevay, 63, 86

Bu qələbədən sonra “Əl-Nəsr” 62 xalla 2-ci pillədə qərarlaşıb. “Abha” 22 xalla 17-ci yerdədir.