İtaliya kubokunun yarımfinal mərhələsində "Yuventus"la "Latsio" arasında ilk oyun keçirilib.
“İki sahil” xəbər verir ki, matç Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Yuventus" - "Latsio" - 2:0
Qollar: Kyeza, 50, Vlahoviç, 64
Bu komandalar arasında cavab görüşü aprelin 23-də olacaq.
Qeyd edək ki, yarımfinalın digər qarşılaşmasında "Fiorentina" "Atalanta" ilə üz-üzə gələcək.