02 aprel 2024 14:22
479

Azərbaycanın bədii gimnastları Bolqarıstanda turnirə qatılacaqlar

Azərbaycan bədii gimnastları Leyli Ağazadə və Kamilla Seyidzadə Bolqarıstanda keçiriləcək "Sofiya Kuboku" beynəlxalq turnirində iştirak edəcəklər.

“İki sahil” xəbər verir ki, idmançılar məşqçi Aliyə Paşayevanın rəhbərliyi altında mübarizə aparacaqlar.

Turnirdə hakim Səbinə Hacıyeva da ədaləyi qoruyacaq.

Qeyd edək ki, yarış aprelin 4-7-də reallaşacaq.