31 mart 2024 17:57
3444

Xidmət rəisi: Başımıza gətirilən faciələrin bir çoxu hələ dünya ictimayyətinə çatmayıb

Xalq olaraq başımıza çox faciələr gəlib. Bir çoxu hələ ki, dünya ictimaiyyətinə çatmayıb.

Bunları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva 31 Mart Azərbaycanlıların soyqırımının 106-cı ildönümündə Quba Soyqırımı Memorial Kompleksində keçirilən anım mərasimində deyib.

"Bu hadisələri unutmayacayıq. Başımıza gətirilən belə faciələri dünya müstəvisinə çıxarmalıyıq. Quba soyqırımı mənfur düşmənlərimizin törətdiyi faciələrdən yalnız biridir”, - S.Hacıyeva vurğulayıb.

“Burada baş verənlərə nəzər salanda göz yaşların saxlamaq olmur. Təkcə martın 31-də deyil, ilboyu Quba Soyqırımı Memorial Kompleksi ziyarətçilərin üzünə açıqdır. Kompleks istifadəyə verildikdən indiyə qədər buranı bir milyondan çox yerli və xarici vətəndaşlar ziyarət edib”, - o əlavə edib.

"Report"