Dortmund "Borussiya"sının futbolçusu Mats Hummels yeni rekorda imza atıb.
“İki sahil” "Opta"ya istinadən xəbər verir ki, o, "Bavariya" və "Borussiya" arasında keçirilən matçlarda ən çox meydana çıxan oyunçu olub. 35 yaşlı müdafiəçi son olaraq dünən Bundesliqanın 27-ci turunda sözügedən komandar arasındakı görüşdə iştirak edib. Bu, onun "Bavariya" və "Borrusiya" arasındakı qarşılaşmalarda oynadığı 29-cu görüşü olub. Beləliklə, Hummels Mixael Zorku (28 oyun) geridə qoyub.
Qeyd edək ki, "Bavariya" - "Borussiya" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.