27 mart 2024 23:29
427

ABŞ-ın və Aİ-nin  Ermənistana dəstək paktı hayların başında çatlayacaq

İşğalçı ölkənin hərbi poliqona çevrilməsi qaçılmazdır

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Leyayen və ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldəki üçtərəfli konfrasda bir araya gələcəklər. Bu tədbirdə ölkələr arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılır.  Təbii ki, sözügedən paktın imzalanması adından da göründüyü kimi, anti-Azərbaycan xarakteri daşıyır. Yəni, bu, məğlub Ermənistanında revanşizmə dəstək vermək deməkdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüçsü Ayxan Hacızadə bu məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən məsələ erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Açıqlamadan da göründüyü kimi, Aİ-nin və ABŞ-ın belə açıq ermənipərəstliyi Ermənistandakı revanşist qüvvələri daha da ruhlandırır, hayları böyük güclərin onların arxasında durması kimi illüziyalarla yaşamağa məcbur edir. Ona görə də birmənalı demək olar ki,  Aİ və ABŞ Ermənistanın bölgədə sabitliyi pozmasına görə ciddi məsuliyyət dayşıyrlar. Əks təqdirdə bu nüans bölgəni yenidən qeyri-sabitliyə və fəlakətə sürükləyəcək.

Bütün bunlar bir daha göstərir ki,  ABŞ və Avropa Azərbaycanın güclənməsi və öz ərazilərini azad etməsi ilə hələ də barışmaq istəmirlər. İkinci Qarabağ müharibəsindən sonra Qərb Qarabağda «Kosovo variantı» hazırlayırdı. Məhz  buna görə də son 3 il ərzində  onlar tərəfindən «Humanitar fəlakət» bəhanəsi ilə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Onlar bu çirkli məqsədlərinə çatmaq üçün ölkəmizdə qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarından istifadə edirdilər.

Təbii ki,  həm ABŞ-ın, həm də Avropanın Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq istəyi həmişə mövcud olub. Onlar bu gün də həminçirkin siyasətlərindən əl çəkmək istəmirlər. Çünki onlar üçün Ermənstan kimi vassal, aciz bir ölkədən daha asan istifadə etməklə həm türk dünyasına, həm də İslam ölkələrinə qarşı işğalçı siyasət yürütmək daha asandır. Necə ki, 20-ci əsrin əvvəlində «Vudro Vilson planı», «böyük Ermənistan» iddiaları mövcud idi, indi də Amerikanın Ermənistanla bağlı daha iyrənc planı işə düşür. Bir sözlə, bu pakt Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinə də qarşı yönəlib.

Əvvəldə qeyd etdiyimiz kimi, bu gün qlobal güclər olan ABŞ və Aİ-nin işğalçı tərəfə hər sahə üzrə təhlükəsizlik təminatı verməsi sülh prosesinə ziddir və yeni qarşıdurmanı stimullaşdırmaq deməkdir. Çünki Fransa Ermənistanın hərbləşdirilməsi prosesinə başlayıb ki, bu da regionda ciddi bir koalisiyanın yaradılmasına işarədir. Bir tərəfdən Hindistan və Fransa Ermənistanı silahlandırr və eyni zamanda, Paris həmin prsesə Yunanıstanı da cəlb edir. Nəticədə Afina ilə İrəvan arasında hərbi əməkdaşlıq sazişi imzalanır. Bütün bunlar Ermənistanın sürətlə hərbiləşdirilməsi anlamına gəlir və bu da öz növbəsində yeni qarşıdurmanı sürətləndirir.

Digər bir məsələ isə  Ermənistanda Aİ-nin genişləndirilmiş mülki missiyası fəaliyyət göstərməsdir. Bu missiyanın işi isə anti-Azərbaycan fəaliyyəti və kəşfiyyat  məlumatlarını Qərbə ötürməkdən ibarətdir. Yəni, onlar da Azərbaycan əleyhinə yönəlik casus şəbəkəsinə çevriliblər. Bütün bunlar da haqlı olaraq Azərbaycanın narahatlığına səbəb olur. Onlara paralel olaraq ABŞ və Aİ-nin aprelin 5-də Ermənistanla görüşü birtərəfli qaydada işğalçı ölkəyə yardım etmək və onu növbəti qarşıdurmalara cəsarətləndirmək deməkdir.

Aİ-nin və  ABŞ-ın Ermənistanın təhlükəsizliyinə dəstək paktı həm də bu ölkədə hərbi baza yaratmaq anlamına gəlir ki, bu da Rusiya ilə toqquşmanın qaçılmaz olduğunu bildirir. Yəni, Ermənistan ABŞ-la Rusiyanın hərbi poliqouna çevrilə bilər. Sonda görünən mənzərə bundan ibarətdir ki, istər Aİ ölkələrinin, istərsə də ABŞ-ın Cənubi Qafqaza daxil olması sülhdən çox münaqişə ocaqlarının alovlandırılmasına hesablanıb. Belə olan halda, ən böyük zərbə Ermənistana dəyəcək...

Elçin Zaman, «İki sahil»