26 mart 2024 16:06
473

İlqar Qurbanov Elvin Cəfərquliyevu qınadı

Elvin Cəfərquliyev vacib oyunlarda qırmızı vərəqələr aldı. Bu da psixoloji olaraq ona təsir elədi.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov deyib.

Yığmada seleksiyaçı vəzifəsini yerinə yetirən gənc mütəxəssis Avropa Liqasında “Braqa” - “Qarabağ” (3:2) oyununda hakimi təhqir edən Elvin Cəfərquliyevin UEFA klub turnirlərdindən iki oyunluq diskvalifikasiyasına münasibət bildirib.

Qurbanovun sözlərinə görə, futbolçu Bolqarıstanla görüşdə də aqresiv hərəkətləri ilə diqqət çəkib: “Cəfərquliyev belə etməməlidir. Həm özünə, həm də oynadığı komandaya ziyan vurur. Amma istər-istəməz belə arenalarda stress çox olur. Məsuliyyət çox olanda da problemlər yaşayır. Amma inanıram ki, Elvin bu problemi qısa vaxtda aradan qaldıracaq”.

Qeyd edək ki, Cəfərquliyev UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı ev oyunu və 1/8 finalda “Bayer”ə qarşı səfər matçında qırmızı vərəqə alıb.