26 mart 2024 15:15
290

1600-dən çox britaniyalı azarkeş Avro-2024 zamanı ölkədən çıxa bilməyəcək

1600-dən çox Böyük Britaniya futbol azarkeşinin Avro-2024 zamanı ölkdən çıxa bilməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Belə qərar verilməsinə səbəb həmin azarkeşlərin qeyri-qanuni fəaliyyətlərlə məşğul olmasıdır. 

Bu azarkeşlər pasportlarını təhvil verməyə məcbur olacaqlar. Əgər onlar təyin olunmuş turnirin keçiriləcəyi Almaniya ərazisinə səfər etsələr, onları 6 ay həbs və ya külli miqdarda cərimə gözləyir. Qeyd olunur ki, bu azarkeşlər Böyük Britaniyanı yalnız xüsusi icazə ilə tərk edə biləcəklər.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. İngiltərə yığması Sloveniya, Danimarka və Serbiya ilə eyni qrupda çıxış edəcək.