26 mart 2024 10:07
526

Dani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?

Braziliyalı futbolçu və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına “Atletiko”nun niderlandlı hücumçusu Memfis Depay kömək edib.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Mabhut Al-Narri xəbər verib.

Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmuş bank hesabları səbəbindən belə bir məbləği olmayıb.

Memfis Depay braziliyalı futbolçu ilə 2021/2022 mövsümündə “Barselona”da birgə çıxışları zamanı dost olub.

Xatırladaq ki, dünən futbol üzrə olimpiya çempionu apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. O, girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib. Odur ki, futbolçu ölkəni tərk edə bilməyəcək, həmçinin həftədə bir dəfə məhkəməyə getməlidir.