Rusiya yığmasının keçmiş baş məşqçisi Stanislav Çerçesov Andrey Lunyovun “Qarabağ”dakı çıxışını dəyərləndirib.
“İki sahil” xəbər verir ki, o, qapıçını Azərbaycan çempionatını seçməsini düzgün addım hesab edib.
Çerçesov həmyerlisinin yaxşı klubda oynadığını bildirib: “Lunyov “Qarabağ”a getməklə düzgün addım atdı. O, Avropa kuboklarında sabit çıxış edən yaxşı komandada oynayır”.
Qeyd edək ki, Lunyov ötən ilin yayında “Qarabağ”la müqavilə imzalayıb. Tərəflər arasında razılaşma 2024-cü il iyunun sonunda bitəcək.