25 mart 2024 21:52
998

Azərbaycan-Bolqarıstan oyunu başa çatdı - YENİLƏNİB-5

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan-Bolqarıstan oyunu başa çatıb.

“İki sahil” xəbər verir ki, 59-cu dəqiqədə Filip Krastevin hesabı açdığı oyunun 87-ci dəqiqəsində Musa Qurbanlı bərabərlik qolunu vurub - 1-1.

Yarışda başqa qol vurulmayıb.

20:00.Azərbaycan 1–1 Bolqarıstan

Qollar: Filip Krastev, 59 (0:1), Musa Qurbanlı, 87 (1:1)

Baş hakim: Kristo Tohver (Estoniya)

Tofiq Bəhramov adına Respublika stadionu

***

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan-Bolqarıstan oyununda hesab bərabərləşib.

“İki sahil” xəbər verir ki, yarışın 87-ci dəqiqəsində millimizin oyunçusu Musa Qurbanlı fərqlənib.

20:00.Azərbaycan 1–1 Bolqarıstan

Qollar: Filip Krastev, 59 (0:1), Musa Qurbanlı, 87 (1:1)

Baş hakim: Kristo Tohver (Estoniya)

Tofiq Bəhramov adına Respublika stadionu

***

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan-Bolqarıstan oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 59-cu dəqiqəsində Filip Krastev hesabı açıb.

20:00.Azərbaycan 0–1 Bolqarıstan

Qol: Filip Krastev, 59

Baş hakim: Kristo Tohver (Estoniya)

Tofiq Bəhramov adına Respublika stadionu

***

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan-Bolqarıstan oyununda ikinci hissəyə strat verilib.

“İki sahil” xəbər verir ki, komandalar ikinci hissəyə qolsuz bərabərliklə başlayıblar.

***

Futbol üzrə milli komandamızın FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstan millisi ilə qarşılaşmasında birinci hissə başa çatıb.

“İki sahil” xəbər verir ki, ilk 45 dəqiqə ərzin qapılara qol vurulmayıb.

***

Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün 2-ci - sonuncu matçına çıxacaq.

“İki sahil” xəbər verir ki, rəqib Bolqarıstan millisi olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Azərbaycan millisi ilk oyununda Monqolustana 1:0 hesabı ilə qalib gəlib. Bolqarıstan isə eyni hesabla Tanzaniyanı üstələyib.

Bu gün eyni zamana, Tanzaniya Monqolustanla qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Xatırladaq ki, bu yarış turnir deyil və yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq. 

25 mart

20:00.Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Tofiq Bəhramov adına Respublika stadionu