Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilir.
“İki sahil” xəbər verir ki, sənətçi bunu instaqram hesabında paylaşıb.

Yahyayeva izləyicilərinə müraciət edərək belə paylaşımlara aldanmamağa çağırış edib:
“Mənim dəyərli izləyicilərim, əzizlərim! Bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial şəbəkə hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub