"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Sənətçinin beyin tomoqrafiyası və MRT-si çəkildikdən sonra müayinənin nəticələrinə görə müalicə olunacaq.
Qeyd edək ki, 2021-ci ilin sonu parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılmışdı. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olmuşdu. Aktyorun bədəninin 80 faizinin iflic olma riski ilə qarşı-qarşıya qaldığı açıqlanmışdı.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub