Braziliyalı futbolçu Robinyo cinsi təcavüzə görə həbs cəzasına məhkum edilib. Robinyo Braziliyanın Santos şəhərindəki evində tutularaq həbs edilib.
Türkiyə Superliqasında da çıxış edən braziliyalı futbolçu Robinyo cinsi təcavüz ittihamı ilə ölkəsində mühakimə olunub. İşin nəticəsi olaraq Robinyonun 9 il müddətinə azadlıqdan məhrum edildiyi açıqlanıb. Robinyo Braziliyanın Santos şəhərindəki evində tutularaq həbs edilib.
Braziliya millisində də 100 dəfə forma geyinən Robinyo cinayət zamanı İtaliyanın “Milan” komandasında çıxış edirdi. 2010-2014-cü illər arasında "Milan"da çıxış edən Robinyo 2013-cü ilin yanvarında 23 yaşlı bir qadına bir qrup dostları ilə cinsi təcavüz və qrup şəklində təcavüzdə ittiham olunub. Tam adı Robson de Souza olan futbolçu və dostu Rikardo Falko 2017-ci ildə təqsirli bilinsə də, digər hücum edənlərin kimliyi müəyyən edilməyib.
2020-ci ildə futbol oynamağa başladığı Braziliyanın "Santos" klubuna qayıdan futbolçu cinsi zorakılıq işində mühakimə olunduğu üçün komandadan uzaqlaşdırılıb.
2022-ci ildə İtaliya Ali Məhkəməsi onun qrup təcavüzünə görə məhkum edilməsini təsdiqlədikdən sonra italyan hakimlər Robinyonun beynəlxalq həbsinə order veriblər.
Orxan Vahidoğlu, "İki sahil"