22 mart 2024 13:00
482

Azərbaycan gimnastı beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycan gimnastı Məryəm Topçubaşova Portuqaliyanın Kantanhede şəhərində təşkil olunan 12-ci “Cantanhede” beynəlxalq açıq yarışında uğurlu çıxış edib.

“İki sahil” xəbər verir ki, o, aerobika gimnastikası üzrə turnirdə finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisinin 10 idmançı ilə qatıldığı yarış martın 24-də başa çatacaq.