20 mart 2024 14:31
488

Azərbaycanlı hakim-inspektor Yunanıstan yığmasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

“İki sahil” xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.

Asim Xudiyev Yunanıstan – Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş martın 26-da baş tutacaq.