Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında Novruz bayramı qeyd olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə həmin ölkələrin səfirləri, UNESCO yanında daimi nümayəndələri, UNESCO Baş katibinin müavini Sin Süy, 2015-2020-ci illər arasında BMT Baş Katibinin nümayəndəsi və BMT-nin Belqrad ofisinin rəhbəri vəzifələrində çalışmış Simona-Mirela Mikulesku, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən rəsmi nümayəndələr Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb, Novruzun xoşbəxtlik, sevinc bayramı olduğunu, insanlar aradında ünsiyyət, həmrəylik, sülh, qarşılıqlı anlaşma, hörmət kimi mənəvi dəyərlərin daşıyıcısı olduğunu vurğulayıblar.
Şənlikdə Azərbaycanda Novruz adət-ənənələrini əks etdirdirən videoçarx təqdim edilib.
Tədbir çərçivəsində təşkilatçı ölkələrin milli musiqi və rəqsləri də ifa olunub. Azərbaycan xalq mahnılarını tütək və balabanda Səddam Novruzbəyov, nağarada Neşet Kutas ifa ediblər. Təqdim olunan musiqilər arasında "Sarı gəlin", "Novruz gəlir, yaz gəlir", "Maralı rəqsi" və digər Azərbaycan xalq bəstələri yer alıb. İştirakçılara həmçinin Azərbaycan mətbəxinin ləziz xörəkləri, şirniyyatları təqdim olunub. Eyni zamanda, qonaqlar Azərbaycanın bayram stendini ziyarət ediblər.
Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub