20 mart 2024 00:57
676

Türk xalqlarının ən qədim bayramı - Novruz!

Turan ellər var olsun!..​ Haylar kimi, farsların da qonşu xalqlardan oğurlamaq "ənənəsi" var

Bəzilərinin öz adlarına calaq etməyə çalışdıqları Novruz bayramı türk xalqlarının ən qədim bayramıdır. Bu barədə başqa millətdən olan mədəniyyət oğrularının ortaya atdıqları müxtəlif yayındırıcı versiyalara baxmayaraq bir çox mötəbər mənbələr onun Turan ellərinin milli bayramı olduğunu təsdiq edib. Konkret olaraq farslar cəfəng informasiyalar yayaraq bütün dünyaya Novruzu öz bayramları kimi sırımağa cəhd göstərirlər. Faktlar isə belə yalanları ifşa edir. Əlbəttə, bunu sadəcə söz olaraq demirik, ortada qədim salnamələr, folklor nümunələri, saysız-hesabsız mötəbər faktlar və dəlillər var.

Qədim yunan tarixçisi Strabon (b.e.ə. 64-cü il – 24-cü illər) özünün dünyaca məşhur “Coğrafiya” əsərində bu bayramı Turan ərazisində keçirilən atəşpərəstlik bayramı kimi səciyyələndirir: “Ən qədim zamanlardan bu günə qədər İki çay arasında yaşayan (Amu-Dərya və Sır-Dərya çayları arasında) yerli sakinlər həmin gündə atəşgədələrə toplanırlar. Bu, ən mötəbər bayramdır və bayram vaxtı satıcılar öz mağazalarını bağlayır, sənətkarlar öz işlərini dayandırır, hamı şənlənir, atəşin toxunduğu yemək və içkilərlə bir-birini qonaq edirlər”.

Deməliyik ki, Azərbaycanda bu ənənə indi də davam etdirir. Dövlət tərəfindən bayram münasibətilə bütün ölkədə bir həftəlik istirahət elan edilir, şəhid və qazi ailələrinə bayram sovqatı paylanır. Tək yaşayan ixtiyarlar da unudulmur. Bayram günlərində uzaq səfərə çıxmaq məsləhət görülmür, küsülülər barışır, bayram yeməkləri bişirilir, səməni cücərdilir, idman yarışları keçirilir, müxtəlif xalq tamaşaları göstərilir,  hər yerdə bayram əhval-ruhiyyəsi hökmran olur.

Strabon öz əsərində İranla bağlı da məlumatlar verir. Ancaq o, bu bayramın İranda da qeyd edilməsi barədə heç nə yazmır. Bu isə aşağıda görəcəyimiz kimi, onunla bağlıdır ki, o zamana qədər və ondan üç əsr sonra da İranda bu bayram keçirilmirdi. Bəs bayram İranda nə zaman və necə yayılmışdır? Bu suala səhih cavab verə bilməyən farslar özlərinin uydurduqları müxtəlif yalançı məlumatlara istinad edirlər.

Günəşə sitayişlə bağlı olan və yerdəki atəşi Günəşin təcəssümü hesab edən bu bayram hələ Zərdüştün dövründən əvvəl də Turanda mövcud olmuşdur. Turan anlayışı isə o zaman təkcə Orta Asiyanı deyil, Cənubi Sibiri də ehtiva edirdi. Orada Altay, Ural və Hind-Çin dillərində danışan çoxlu sayda xırda xalqlar və tayfalar yaşayırdı. Ancaq e.ə. VII-IV əsrlərdə burada aparıcı rol Sak tayfalarına məxsus idi. Sak tayfa birlikləri içərisində isə hegemonluq turlara mənsub olmuşdur. Onlar turu (“Avesta”da bu sözün qədim forması “tura” şəklində yazılıb), yəni onlar vəhşi çöl buğasını özlərinin totemik əcdadı hesab edirdilər. Ancaq bu əcdad inancı sonralar baş tanrı statusuna qədər yüksəlmişdir. Təsadüfi deyil ki, bir çox türk tayfalarının bayraqlarında öküz başı çəkilirdi. Məsələn, qardaş Türkiyədə tarixi faktlar əsasında çəkilmiş məşhur "Diriliş Ərtoğrul" və "Quruluş Osman“ kinoepopeyalarında belə süjetlərə çox rast gəlinir. Turan” (turlar) adının özü də bu əcdad mədəniyyətindən törəmişdir. Turanla bağlı çoxlu adlar Cənubi Sibirdə indi də saxlanılmaqdadır. Məsələn, Rusiyada Yenisey (Yeni su) çayı, Baykal gölü, Tuva Muxtar Respublikasının şimal-qərb hissəsində Turan çölü, Turan çayı və Turan şəhəri və s. türk toponimləri var.

Şərqin böyük şairi Əbülqasim Firdovsinin verdiyi məlumata əsasən, Turanın paytaxtı Kən-xa (Kən qalası) adlanırdı. Rusiya Federasiyasının Krasnoyarsk vilayətində Kən çölü, Kən çayı və Kansk şəhəri yerləşir. “Avesta”da Zərdüştün vətəninin coğrafiyası haqqında danışılan hissələrdə adı çəkilən çay, dağ və göl adlarının çoxuna burada rast gəlmək mümkündür. Arxeoloji məlumatlar da göstərir ki, bu ərazilər e.ə. VII-IV əsrlərdə Sak mədəniyyətinin ən güclü mərkəzlərindən biri olub.

Saysız-hesabsız tarixi faktlar Novruzun Turanın qədim bayramı olduğunu açıq-aşkar desə də farslar bunu həyasızlıqla öz bayramları kimi qələmə verməyə cəhd göstərirlər. Haylar kimi farsların da qonşu xalqlardan oğurlamaq "ənənələri" var. Ancaq belə çabalamaların heç bir xeyri yoxdur. Novruzu Turan elləri qədər əziz tutan və möhtəşəm keçirən ikinci xalq yoxdur. Farsların özlərini buna yamaq etməsi gülünc görünür. Ağ şalvara qara yamaq yaraşmır. Novruzu türklər yaratdığına görə şəriki ola bilməz. Turan dünyası öz əziz bayranını iki min ildən də artıqdır ki, ümumxalq şənliyi kimi böyk təntənə ilə keçirir. Ona görə də bu günlər türk-müsəlman ölkələrində Novruz şənlikləri keçirilməkdədir.

Novruz bayramımız mübarək! Qədim türküdə deyildiyi kimi,

Tanrı türkə yar olsun,

Turan ellər var olsun!..

Vəli İlyasov, "İki sahil"