19 mart 2024 11:07
536

"Beşiktaş" klubu baş məşqçisi ilə bağlı qərar verib

Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi Fernandu Santuşun taleyinə aydınlıq gəlib.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik 69 yaşlı mütəxəssislə mövsümün sonunadək yola davam etmək qərarına gəlib.

İstanbul təmsilçisi mövsümün sonunda ölkə kubokunu qazansa və Superliqanı üçüncü sırada başa vursa, Santuş komandada qalacaq.

Qeyd edək ki, "Beşiktaş" hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul klubu kubokun yarımfinalında "Ankaragücü" ilə üz-üzə gələcək.