18 mart 2024 21:07
568

Türkiyə millisi Avro-2024 üçün formalarını təqdim etdi -  FOTO

Türkiyə millisi Avro-2024-də geyinəcəyi formaları təqdim edib. 

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni formalar ağ və qırmızı rəngdədirlər.

Türkiyə millisi Avro-2024-də F qrupunda Portuqaliya, Çexiya və C yolunun qalibi (Gürcüstan/Lüksemburq - Yunanıstan/Qazaxıstan)  ilə mübarizə apacaq.

Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.