18 mart 2024 14:29
520

FİFA prezidenti Türkiyədəki qalmaqallı oyundan danışdı: Qəbuledilməzdir!

FİFA prezidenti Canni İnfantino “Trabzonspor” – “Fənərbaxça” (2:3) matçında baş verən qalmaqallı hadisədən danışıb.

“İki sahil” xəbər verir ki,  qurum prezidenti yaşanan hadisəni qəbuledilməz adlandırıb.

Canni İnfantio futbolçuların təhlükəsiz vəziyyətdə olmaqlarının vacibliyini vurğulayıb: “Trabzonspor” - “Fənərbaxça” matçından sonra baş verən zorakılıq qətiyyən qəbuledilməzdir. Belə şeylərin nə meydanda, nə idmanda, nə də, cəmiyyətimizdə yeri var. Aidiyyəti qurumları Trabzonda baş verən sarsıdıcı hadisənin səbəbkarlarını məsuliyyətə cəlb etməyə çağırıram”.