18 mart 2024 00:52
457

“Mançester Yunayted” “Liveprul”u yarımfinala buraxmadı

İngiltərə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

“İki sahil” xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Çelsi” evdə “Lester Siti” üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. “Mançester Yunayted” - “Liveprul” görüşündə də meydan sahibləri sevinən tərəf olublar.

Yarımfinalda “Mançester Yunayted” “Koventri Siti” ilə, “Mançester Siti” isə “Çelsi”ylə mübarizə aparacaq.

İngiltərə kuboku
1/4 final
16 mart

Vulverhempton – Koventri Siti 2:3
Qollar: Ait-Nuri, 83. Bueno, 88 – Simms, 53; 90+7. Rayt, 90+10.

Mançester Siti – Nyukasl 2:0
Qollar: B.Silva, 13; 31.

17 mart

Çelsi – Lester Siti 4:2
Qollar: Kukurelya, 13. Palmer, 45+1. Çukvuemeka, 90+2. Madueke, 90+8 – Disasi, 51-öz qapısına. Mavididi, 62.

Mançester Yunayted – Liveprul 4:3
Qollar: Maktominey, 10. Antoni, 87. Raşford, 112. Diallo, 120+1 – Makallister, 44. Salah, 45+2. Elliot, 105.