17 mart 2024 23:46
494

“Qalatasaray” və “Fənərbaxça”dan çətin qələbə

Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Rizəspor” evdə “Qaziantep”ə, “Hatayspor” isə “Samsunspor”a qalib gəlib. Hatay təmsilçisinin formasını geyinən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu oyunda sonadək ehtiyatda qalıb.

Lider “Qalatasaray” səfərdə “Kasımpaşa” üzərində çətin qələbəyə sevinibsə, əsas izləyicisi “Fənərbaxça” da turun mərkəzi oyununda “Trabzonspor”dan üstün olub.

Hazırda 81 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 79 xalla 2-ci, “Trabzonspor” 49 xalla 3-cü pillədə qərarlaşıb. “Beşiktaş”ın 46, “Kasımpaşa”nın 43, “Başakşəhər” və “Rizəspor”un 42 xalı var.

Türkiyə Super Liqası,

30-cu tur

17 mart

Rizəspor – Qaziantep 3:1
Qollar: Mbakata, 64-öz qapısına. Olavoyin, 84. Zeqiri, 90+7 – Soresku, 54.

Hatayspor – Samsunspor 3:0
Qollar: Strandberq, 3. Dele-Başiru, 89. Rivas, 90+2.

Kasımpaşa – Qalatasaray 3:4
Qollar: İkardi, 34-öz qapısına. A.Kara, 57. Da Kosta, 77 – Mertens, 27. İkardi, 28; 83. Karlos Vinisius, 90.

Trabzonspor – Fənərbaxça 2:3
Qollar: Bardi, 63. Trezeqe, 78-pen – Fred, 14; 45+4. Batşuayi, 87.


15 mart

Fatih Karagümrük – Konyaspor 1:1
Qollar: G.Yalçın, 85 – Ndao, 43.

Pendikspor – İstanbulspor 1:0
Qol: H.Akbunar, 90+7.

16 mart

Alanyaspor – Kayserispor 1:0
Qol: O.Aydın, 90+13.

Ankaragücü – Başakşəhər 2:1
Qollar: T.Cigerci, 57-pen. Sou, 67 – Fiqeyredo, 80.

Adana Dəmirspor – Sivasspor 4:1
Qollar: Y.Atal, 13. Y.Sarı, 54. Nani, 65. E.Akbaba, 83 – Koita, 51.

Beşiktaş – Antalyaspor 1:2
Qollar: Muçi, 46 – B.Balçı, 5. A.Buksa, 38.