17 mart 2024 21:21
526

“Sumqayıt” “Sabah”a uduzdu

Misli Premyer Liqasının 27-ci turu çətçivəsində “Sumqayıt” “Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində Anatoli Nuriyev hesabı açıb. 62-ci dəqiqədə topu öz qapısından buraxan Murad Xaçayev “Sabah”ın üstünlüyünü iki topa yüksəldib.

“Sumqayıt” 84-cü dəqiqədə Erik Sorqanın qolu ilə buraxılan qollardan birinin əvəzini çıxsa da bundan artığına gücü çatmayıb.

Misli Premyer Liqası,

27-ci tur

17 mart

19:00. “Sumqayıt” 1–2 “Sabah”

Qollar: Anatoli Nuriyev, 25 (0:1), Murad Xaçayev, 62-avtoqol (0:2), Erik Sorqa, 84 (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu