17 mart 2024 19:26
449

İsgəndərli oynadı, "Boluspor" heç-heçə etdi

Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi“Boluspor” səfərdə “Bodrumspor”la qarşılaşıb.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Vüsal matçın 70-ci dəqiqəsində - hesab 1:1 olarkən meydana daxil olub.

Qeyd edək ki, “Boluspor” 27 turdan sonra 43 xalla 7-ci pillədədir.