17 mart 2024 18:06
424

“Qarabağ”dan növbəti qələbə

Misli Premyer Liqasının 27-ci turu çətçivəsində "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Otto Con hesabı açıb.

56-cı dəqiqədə Nəriman Axundzadənin bərabərlik qolunu vurduğu oyunun 73-cü dəqiqəsində Patrik Andrade “Qarabağ”ı hesabda önə çıxarıb – 1-2.

Yarışda son nöqtəni 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Toral Bayramov qoyub.

 Misli Premyer Liqası,

27-ci tur

17 mart

16:00. “Turan Tovuz” 1–3 “Qarabağ”

Qollar: Otto Con, 10-pen. (1:0), Nəriman Axundzadə, 56 (1:1), Patrik Andrade, 73 (1:2), Toral Bayramov, 90+5-pen. (1:3)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.

Tovuz şəhər stadionu