17 mart 2024 08:51
435

Tayson rinqə hazırlaşır? - VİDEO

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, 57 yaşlı Mayk Tayson 27 yaşlı bloger və boksçu Ceyk Pol ilə görüşdən öncə məşqdən gənc rəqibinə mesaj göndərib.

“İki sahil” xəbər verir ki, Tayson sürətini və gücünü nümayiş etdirərək onun bu yaşda rinqə çıxmasını birmənalı qarşılamayanlara bu video ilə cavab verib.

Qeyd edək ki, döyüş iyulun 20-də Amerikanın Arlinqton şəhərindəki "A&T Stadium"da baş tutacaq.