16 mart 2024 20:45
465

“Araz-Naxçıvan” – “Qəbələ” oyununda 2 qol, 1 xal

Misli Premyer Liqasının 27-ci turu çərçivəsində “Qəbələ” “Araz-Naxçıvan”ıb qonağı olub.

“İki sahil” xəbər verir ki, yarışın 42-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Numan Kurdiç hesabı açıb.

59-cu dəqiqədə Numan Kurdiç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyduğu oyunun 67-ci dəqiqəsində Osama Xalayla qəbələlilərin bərabərlik qolunu vurmağa nail olub.

Qarşılaşma bu hesabla da başa çatıb – 1-1

Misli Premyer Liqası,

27-ci tur

16 mart

18:30. “Araz-Naxçıvan” 1–1 “Qəbələ”

Qollar: Numan Kurdiç, 42 (1:0), Osama Xalayla, 67 (1:1)

Qırmızı vərəqə: Numan Kurdiç, 59 ("Araz-Naxçıvan")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.

“Liv Bona Dea Arena”