Misli Premyer Liqasında 27-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, bu gün 2 matç keçiriləcək. Əvvəlcə "Zirə" "Kəpəz"i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.
Digər matçda "Araz-Naxçıvan" evdə "Qəbələ" ilə üz-üzə gələcək. Bu oyun isə saat 18:30-da start götürəcək.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası,
27-ci tur
16 mart
16:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Tofiq Bəhramov adına Respublika stadionu
18:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
“Liv Bona Dea Arena”