15 mart 2024 01:57
696

“Bayer” - “Qarabağ” oyununda 5-ci qol

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, komanda 1/8 final mərhələsinin cavab matçında "Bayer 04"ə uduzub - 2:3.

***

“Bayer” 3-cü qolu vurur. Patrik Şik 90+7-ci dəqiqədə fərqlənir.

***

Oyunun əsas vaxtına 6 dəqiqə əlavə olundu

***

Patrik Şik 90+3-də hesabı 2:2 edir.

***

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqi azaldıb.

“İki sahil” xəbər verir ki, 72-ci dəqiqədə meydan sahiblərində Ceremi Frimponq fərqlənib.

Hazırda Azərbaycan çempionu 2:1 hesabı ilə öndədir.