14 mart 2024 23:59
453

"Fənərbaxça" UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə yüksəlib

Türkiyə təmsilçisi "Fənərbaxça" doğma azarkeşləri önündə Belçikanın “Yunion Sent-Julliaz” kollektivini qəbul edib.

“İki sahil” xəbər verir ki,  ilk görüşdə 3:0 hesablı qələbə qazanan Türkiyə təmsilçisi İstanbuldakı cavab oyununda 0:1 hesabı ilə məğlub olub.

Qonaq komandadan Matias Rasmussen oyunun 68-ci dəqiqəsində komandasına qələbə gətirən qolu vurub.

Buna baxmayaraq, iki oyunun nəticəsinə əsasən “Fənərbaxça” klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə adlaya bilib.