"Arsenal" futbolçusu Ben Uayt ilə müqaviləsini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Londonun təmsilçisi 26 yaşlı müdafiəçinin yeni uzunmüddətli sözləşməsinin detallarını hələlik açıqlamayıb.
Xatırladaq ki, Uayt 2021-ci ilin yayında "Brayton"dan 58,5 milyon avroya “Arsenal”a keçib. Bu mövsüm o, “topçular”ın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.