14 mart 2024 12:45
533

Davinson Sançezdən "Qalatasaray"a pis xəbər

Zədəsi səbəbindən "Qalatasaray"ın "Çaykur Rizəspor" matçını buraxan Davinson Sançesin "Kasımpaşa" matçında meydana çıxıb-çıxmayacağı maraq doğururdu.

“İki sahil” NTV-yə istinadla xəbər verir ki, Pipe Sierranın xəbərinə görə, Qalatasaray Kolumbiya Futbol Federasiyasına Davinson Sançesin əzələ zədəsi olduğunu və onu ən azı 2 həftə meydandan uzaqlaşdıracağını bildirib.

27 yaşlı futbolçunun Superliqanın 30-cu həftəsində keçiriləcək Kasımpaşa - Qalatasaray matçında iştirak etməsi də gözlənilmir.

Kolumbiyalı futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində 27 rəsmi oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.