14 mart 2024 13:33
463

"Trabzonspor"-"Fənərbaxça" matçının hakimi bəlli olub

Türkiyə Super Liqasının 30-cu həftəsində keçiriləcək "Trabzonspor"-"Fənərbaxça" matçını idarə edəcək baş hakimin adı bəlli olub.

“İki sahil” xəbər verir ki, matçın start fitini Halil Umut Meler səsləndirəcək.

Qeyd edək ki, qarşılaşma martın 17-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.