"Qarşıda 9 oyunumuz var. Hələ heç nə qazanmamışıq. Çalışmağa davam etməliyik, hazır olmalıyıq".
“İki sahil” xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Qranit Caka "Kicker"ə açıqlamasında deyib.
İsveçrəli yarımmüdafiəçi "Qarabağ"la qarşıdan gələn cavab oyununa da qısa olaraq toxunub: "Qarşıdakı həftələrin bizim üçün çox vacib olacağını bilirik. İndi hər matç final kimidir. Xüsusilə Avropa Liqası və kubokda. Biz müləq Avropa Liqasında irəliləməliyik".
Xatırladaq ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.