12 mart 2024 18:23
452

Rafael Benites istefaya göndərildi

İspaniyanın "Selta" klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

La Liqanın 28-ci turunda "Real"a 0:4 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi belə qərar verib.

"Selta" hazırda İspaniya çempionatında 24 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2023-cü ilin yayından "Selta"nı çalışıdırırdı. Onun müqavilə müddəti 2026-cı ilin yayına qədər idi.