Gələn il Xorvatiyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında Hökumətlərarası Komissiyanın 2025-ci ildə Xorvatiyada keçiriləcək növbəti iclası çərçivəsində baş tutacaq.
"Xorvatiya ilə Azərbaycan arasında əlaqələr təkcə iqtisadi sahə ilə məhdudlaşmır. Biz həm də iki ölkə xalqlarının yaxınlaşması və inteqrasiyası üçün mədəni-humanitar əlaqələri inkişaf etdirmək istəyirik. İnanıram ki, bu biznes forum iki ölkənin özəl sektorları arasında yeni layihələrin və proqramların reallaşdırılması baxımından tarixi əhəmiyyət kəsb edəcək", - deyə nazir müavini əlavə edib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub